Bahodir Nasimov üçüncü olub
05 Yanvar 2011 Çərşənbə 23:30
Özbəkistan Futbol Federasiyası ötən ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb
Özbəkistan Futbol Federasiyası ötən ilin ən yaxşı futbolçusu və məşqçisi ilə bağlı keçirdiyi sorğunu yekunlaşdırıb. Fərqlənənlər arasında Azərbaycan Premyer Liqasının bombardiri Bahodir Nasimov da var. Bakının “Neftçi” klubunun 24 yaşlı özbək hücumçusu sorğuda 3-cü olub.

Bahodir ümumilikdə 37 bal toplayıb. O, ardıcıl ikinci dəfə Özbəkistanın ən yaxşı futbolçusu seçilən yığmanın və Cənubi Koreyanın “Seul” klubunun 28 yaşlı yarımmüdafiəçisi Sərvər Ceparov (94 bal) və ötən il ən yaxşı oyunçusu, “Paxtakor”un yarımmüdafiəçisi Odil Əhmədovdan (94 bal) geri qalıb. Federasiyanın saytında keçirilən sorğuda Kütləvi İnformasiya Vasitələrinin 72 nümayəndəsi iştirak edib.

Qeyd edək ki, ölkənin ən yaxşı məşqçisi rəhbərlik etdiyi Özbəkistanın yeniyetmələrdən ibarət yığmasını dünya çempionatının final mərhələsinə çıxaran Aleksey Yevstafeyev (172) olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar