Bacısını məğlub edərək Azərbaycan çempionu oldu
20 Yanvar 2011 Cümə Axşamı 12:30
Türkan Məmmədyarova Zeynəb Məmmədyarova üzərində qələbə qazanıb.
Respublika Şahmat Mərkəzində keçirilən qadınlar arasında ölkə çempionatına yekun vurulub. Son turda qeydə alınan nəticələrdən sonra Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova eyni xal yığıblar.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin rəhbəri Tural Baxışovun ANS PRESS-ə verdiyi məlumata görə, yekunda xallar bərabər olduğundan turnirin əsasnaməsinə görə Zeynəb və Türkan Məmmədyarova bacıları arasında əlavə rapid və blits matçı keçirilib.
Nəticədə qələbə əldə edən Türkan Məmmədyarova növbəti Azərbaycan Çempionu titulunu qazanıb. İkinci pilləni Zeynəb Məmmədyarova, üçüncü yeri isə Gülnar Məmmədova tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: