Azpetrol Avropada idmanın inkişafına sponsorluq edəcək
22 Oktyabr 2010 Cümə 15:20
Azpetrol şirkəti Avropa Otüstü Hokkey Federasiyası arasında müqavilə imzalanıb.
Avropa Otüstü Hokkey Federasiyası və “Azpetrol” şirkəti arasında birgə əməkdaşlıq barədə müqavilə imzalanıb. İmzalanma mərasimində ilk olaraq “Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov çıxış edib. Şirkət rəhbəri sözügedən idman növünün ölkəmizdə günü-gündən inkişaf etdiyini qonaqların nəzərinə çatdırıb.

2006-cı ildən “Azpetrol” şirkətinin banerlərinin Avropanın ən iri şəhərlərində nümayiş etdirildiyini xatırladan Hüseynağa Rəhimov Avropa Otüstü Hokkey Federasiyası ilə əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirib. Daha sonra Dünya Otüstü Hokkey Federasiyasının prezidenti Leandro Neqre və Avropa Otüstü Hokkey Federasiyasının rəhbəri Martin Qoteric sözü gedən əməkdaşlığın onlar üçün faydalı olduğunu qeyd ediblər. “Azpetrol” şirkəti ilə sponsor partnyorluğun nəinki onlar, hətta bütün Avropa ölkələrində hokkeyin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayan Martin Qoteric sözü gedən idman növünün Azərbaycanda inkişafından razılığını da gizlətməyib.

Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq barədə yeni müqavilə imzalanıb. Yeni müqavilənin müddəti isə 2011-2014-cü illəri əhatə edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar