"Azərreyl" "Ximik"i məğlub edib
08 Fevral 2011 Çərşənbə Axşamı 21:46
Komandamız inamlı çıxışı ilə azarkeşləri sevindirib
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Bakının “Azərreyl” klubu Ukraynanın “Ximik” komandasını qəbul edib. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan oyun “Azərreyl”in qələbəsi ilə başa çatıb. Səfərdə 3:0 hesabı ilə rəqibini məğlub edən “Azərreyl” Bakıda da inamlı çıxışı ilə azarkeşlərini sevindirib.

“Azərreyl” – “Ximik” - 3:0 (25:15, 25:14, 25:18)

Qeyd edək ki, “Azərreyl” növbəti mərhələdə “Kanti” (İsveçrə) - “SALO” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında cavab matçı fevralın 10-da keçiriləcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar