"Azərreyl" "Ximik"i məğlub edib
01 Fevral 2011 Çərşənbə Axşamı 22:40
Bakılılar Odessa klubu üzərində 3:0 hesablı qələbə qazanıb
“Çelenc Cup” turnirində 1/8 final mərhələsinin oyunlarına start verilib. Yarışda ölkəmizi təmsil edən Bakının “Azərreyl” klubu Ukraynanın “Ximik” komandası ilə qarşılaşıb. Vüqar Əliyevin yetirmələri odessalılarla oyunda qələbə qazanıb. İlk seti 11 xallıq fərqlə başa vuran komandamız ikinci partiyada meydan sahiblərinin müqaviməti ilə üzləşib. Amma “Ximik”in gücü 18 xal qazanmağa çatıb.

Ardıcıl iki set qazanan “Azərreyl”in üçüncü setdə işi daha asan olub. Bu dəfə komandamız rəqibinə yalnız 13 xal verib.

“Ximik” - “Azərreyl” - 0:3 (14:25; 18:25; 13:25)


DOSTLARINLA PAYLAŞ:

oyunlar