Azərreyl transfer bombası partlatdı
01 İyun 2012 Cümə 14:24
"Azərreyl" Yeon Koung Kimlə ilkin razılığa gəlib.
Voleybol üzrə qadınlardan ibarət "Azərreyl" voleybol klubu supertransfer reallaşdırıb. ANS PRESS-in məlumatına görə, ötən mövsümü "Fənərbaxça"da forma geyinən Cənubi Koreyalı voleybolçu Bakı təmsilçisi ilə ilkin razılığa gəlib. 1988-ci il təvəllüdlü 192 santimetr boya malik voleybolçunu "Fənərbaxça" Yeon Koung Kim öz heyətində ciddi cəhdlə saxlamağa cəhd etsə də bu bir nəticə verməyib. Xatırladaq ki, bu gün yayılan məlumatlarda "Azərreyl“in Yaponiya yığmasının liberosu Akiko İnonun keçidini həll etdiyi bildirilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar