Azərreyl Rumıniyada darmadağına imza atdı
29 Noyabr 2011 Çərşənbə Axşamı 23:05
Azərreyl yerli “Tomis Constanta” komandasını 3:0 hesabı ilə məğlub edib.
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. Komandamız start matçını səfərdə keçirib.

D qrupunda mübarizə aparan təmsilçimiz ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı keçirib. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib. Nəticədə "Azərreyl" səfərdə darmadağına imza atıb.

Tomis Constanta – Azərreyl 0:3 (19:25, 18:25, 22:25)



DOSTLARINLA PAYLAŞ:

oyunlar