Azərreyl növbəti qələbəsini qazandı
09 Dekabr 2010 Cümə Axşamı 23:55
Komandamız Yunanıstanın "Markopoulo" klubunu məğlub edib
Dekabrın 9-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının ikinci turu çərçivəsində Bakının “Azərreyl” klubu Yunanıstanın “Markopoulo” komandasını qəbul edib. ANS PRESS-in məlumatına görə, meydan sahiblərinin üstünlüyü ilə keçən oyun 3:0 (25:20, 25:11, 25:14) hesabı ilə “Azərreyl” komandasının xeyrinə başa çatıb. Komandalar arasında cavab oyunu dekabrın 15-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək.

Xatırladaq ki, turnirin ilk turunda “Azərreyl” komandası Maltanın “Paoloy” klubunu yarışdan kənarlaşdıraraq növbəti mərhələyə vəsiqə qazanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar