Azərreyl növbəti mərhələyə vəsiqə qazandı
13 Yanvar 2011 Cümə Axşamı 23:10
Təmsilçimiz Azərreyl Yunanıstanın "Olimpiakos" klubunu məğlub edib.
Yanvarın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində qadın voleybol komandaları arasında Çelenc kuboku yarışlarının 1/16 final mərhələsinin cavab görüşü keçirilib. ANS PRESS-in məlumatına görə, Bakının “Azərreyl” klubu Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. Azərbaycan voleybolçularının üstünlüyü ilə keçən oyun “Azərreyl” komandasının 3:0 (25:14, 25:11, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında keçirilən ilk qarşılaşmada da “Azərreyl” rəqibinə eyni hesabla qalib gəlib. İki oyunun yekunlarına görə, “Azərreyl” klubu Çelenc kuboku yarışlarının 1/8 final mərhələsinə yüksəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar