Azerreyl klubu tarix yazdı
02 Aprel 2011 Şənbə 21:36
Azerreyl klubu tarix yazdı. Avrokubokun qalibinə kuboku Azərbaycan prezidenti İlham Əliyev verib.
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinə yekun vurulub. Yarışın final oyununda Bakının 2 klubu - “Azərreyl” klubu həmyerlisi “Lokomotiv”lə görüşüb. Belə ki, “Azerreyl” son oyunun hər 2 görüşündə qalib gəlməklə Avrokubokun çempionluğuna adını yazdırıb.
Xatırladaq ki, ilk görüşdə 3:1 hesabı ilə qələbə qazanan Vüqar Əliyevin yetirmələri bu dəfə də eyni hesabla qalib gəliblər. Onlar ilk setdə rəqiblərini çətinliklə məğlub etdikdən sonra “Lokomotiv” hesabı bərabərləşdirib. Lakin “dəmiryolçu”lar bundan artığına gücləri çatmayıb.
Belə ki, təcrübəli voleybolçulardan təşkil edilən “Azərreyl” II setdə məğlubiyyətdən nəticə çıxararaq, səhvsiz oynamağa başlayıb. Bunun nəticəsi olaraq, onlar ardıcıl 2 hissədə qələbə qazanıblar və “Çelenc Cup”ın çemionu adını qazanıblar.
Bu arada, “Çelenc Cup” turnirinin mükafatlandırma mərasimi də baş tutub. Qalib adını qazanan “Azərreyl” klubunun kapitanı Natalya Hanıkoğluna kuboku Azərbaycan prezidenti İlham Əliyev verib. Prezident həmçinin qalib komandanın voleybolçularının təbrik edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: