Azərreyl klubu başsız qaldı
31 Mart 2013 Bazar 22:31
Azərreyl klubunda Alessandro Kyappini istefaya göndərildi.
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu baş məşqçisi Alessandro Kyappini ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi cari mövsümkü uğursuz çıxışa görə, italiyalı mütəxəssisi istefaya göndərməyə qərar verib.

Super Liqanın 21-ci turunda “Bakı-Azəryol”a növbəti məğlubiyyətdən sonra, Kyapininin istefası dəqiqləşib.

Qeyd edək ki, “Azərrey”lə mövsümün sonuna qədər Feliks Məmmədov rəhbərlik edəcək. Yeni baş məşqçinin kim olacağı isə hələlik bəlli deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar