Azərreyl Çempionlar Liqasının növbəti mərhələsində
12 Dekabr 2012 Çərşənbə 02:53
Komandamız Azərreyl səfərdə məğlub olsa da, “Eczaçıbaşı”nın qələbəsi sayəsində qrup ikincisi oldu.
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə altıncı oyununa çıxıb. Komandamız qrup mərhələsi çərçivəsindəki son matçını səfərdə Almaniyanın “Dresdner” klubuna qarşı keçirib.
Komandamız Bakıda məğlub etdiyi rəqibinə səfərdə məğlub olub. Buna baxmayaraq, “Azərreyl” növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, “Azərreyl” ilk oyununu evdə məhz “Dresdner”ə (Almaniya) qarşı keçirmiş və qələbə qazanmışdı - 3:1. “Eczaçıbaşı” (Türkiyə) ilə səfərdəki qarşılaşma 0:3, Bakıdakı görüş 1:3 hesablı məğlubiyyətlə bitmişdi. “Tauron” (Polşa) ilə ilk qarşılaşmada 3:1 qalib gələn təmsilçimiz bu rəqibinə də səfərdə 2:3 uduzmuşdu.
D qrupundakı son oyunda “Eczaçıbaşı” "Tauron"u məğlub edib və bu nəticə "Azərreyl" üçün "göydəndüşmə" olub.
DOSTLARINLA PAYLAŞ: