Azərreyl Azərbaycan kubokunun sahibi oldu
30 Dekabr 2009 Çərşənbə 22:00
“Azərreyl” finalda “Rabitəçi”ni məğlub edib
Qadın voleybolçular arasında Azərbaycan kubokunun sahibi “Azərreyl” klubu olub. Ölkəmizin ən titullu komandası finalda “Rabitəçi”ni məğlub edib.

Ölkə çempionatında “Rabitəçi”yə məğlub olmuş “Azərreyl” bunun əvəzini kubokun final oyununda çıxmaq niyyətində idi. Sərhədçi Olimpiya Kompleksindəki görüş “Azərreyl”in üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi olaraq türkiyəli mütəxəssis Adnan Kıstakın yetirmələri 3-1 hesablı ilə qələbə qazanaraq Azərbaycan kubokuna sahib çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar