“Azerrail” “transfer bombası” partlatmağa hazırlaşır
05 Aprel 2012 Cümə Axşamı 11:58
Bakı təmsilçisinin Yeon Koung Kim-ə transfer təklifi etdiyi bildirilir
Ölkəmizin ən güclü qadın voleybol klublarından olan “Azerrail” “transfer bombası” partlamağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu iddia Türkiyə KİV-i tərəfindən ortaya atılıb.

“Azerrail”in Çempionlar Liqasının son qalibi Türkiyənin “Fənərbaxça Universal” klubunun cənubi koreyalı voleybolçusu Yeon Koung Kim-ə transfer təklifi etdiyi bildirilir.

Türkiyə mətbuatının iddiasına görə, “Azerrail”in 1988-ci il doğumlu voleybolçu üçün “Fənərbaxça”ya çox yüksək məbləğ təklif edib. İstanbul təmsilçisinin qarşısında əsas voleybolçusu sayılan Yeon Koung Kim-i satıb-satmayacağı isə maraqla gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar