Azərbaycanlılar şahmatı yaradanları məğlub etdilər
18 İyul 2011 Bazar Ertəsi 17:15
Komandamız DÇ-də Hindistan millisi üzərində qələbə qazandı.
Şahmat üzrə Azərbaycan komandası Çinin Ninbo şəhərində keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yığmamız yarışın II turu çərçivəsində Hindistanla millisi ilə görüşüb.

Hindistan yığması əsas oyunçusu Vişvanatan Anandın qatılmadığı yarışda komandamıza layiqli müqavimət göstərə bilməyib. Şahmatçılarımız ilk qarşılaşmalardaca cütün taleyini həl ediblər. Komanda üzvlərimizdən Teymur Rəcəbov Pentala Harakrişna, Şəhriyar Məmmədyarov isə Suriya Şehar Qanquli üzərində qələbə qazanıb.

Vüqar Həşimov isə Krişnan Saşikiran ilə görüşdə yarım xal qazanaraq komandamızın qalibiyyətini təmin edib. Yığmamız bu qələbə sayəsində aktivində olan xalların sayını 3-ə çatdırıb. Şahmat üzrə yığma komandamız növbəti görüşündə Macarıstan kollektivi ilə üz-üzə gələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar