Azərbaycanlı və erməni qadın idmançı üz-üzə gələcək
10 Mart 2010 Çərşənbə 11:00
Zeynəb Məmmədyarova Anait Xaratyanla görüşəcək
Xorvatiyanın Riyeka şəhərində şahmat üzrə fərdi Avropa çempionatı yarışları keçirilir. Bu gün qitə birinciliyində 5-ci turun görüşləri oynanılacaq.

Ölkəmizin kişi şahmatçılarından hələ ki, ən yaxşı nəticəni Ruf Məmmədov göstərir. Avropa çempionatının rəsmi saytında yer alan məlumata görə, Rauf Məmmədov hazırda yarışların liderindən cəmi yarım xal geri qalır. Rauf Məmmədov bu gün Belarus təmsilçisi Nikita Mayrovla qarşılaşacaq.

Qadın şahmatçıların mübarizəsində isə Azərbaycan – Ermənistan qarşıdurması baş tutacaq. 5-ci turda Zeynəb Məmmədyarova Ermənistan şahmatçısı Anait Xaratyanla münasibətlərinə aydınlıq gətirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar