Azərbaycanlı şahmatçı Dünya kubokuna vəsiqə qazanıb
01 Aprel 2012 Bazar 11:33
Vasif Durarbəyli 23 ən yaxşıların siyahısına düşüb.
Azərbaycanlı şahmatçı Vasif Durarbəyli Dünya kubokuna vəsiqə qazanıb. ANS PRESS məlumat verir ki, Bolqarıstanın Plovdiv şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı yekunlaşıb. Azərbaycanlı şahmatçı Vasif Durarbəyli son turda rusiyalı həmkarı Mixail Kobaliya ilə heç-heçə oynayaraq 7,5 xal yığıb və 21-ci yerdə qərarlaşıb.
Vasif Durarbəyli 23 ən yaxşıların siyahısına daxil olub və Dünya kuboku-2013-də iştirak etmək hüququ qazanıb.
DOSTLARINLA PAYLAŞ: