Azərbaycanlı məşqçi Qazaxıstanda debüt etdi
06 Mart 2011 Bazar 18:06
Ramiz Məmmədovun yetirmələri ilk turda "Aktobe"yə uduzub
Bu gün Qazaxıstan çempionatına start verilib. İlk tur Azərbaycan futbolu tarixinə düşüb. Belə ki, həmyerlimiz Ramiz Məmmədov Qazaxıstan çempionatında debüt etməklə, buna nail olan ilk azərbaycanlı olub. Onun baş məşqçisi olduğu “Atırau” ilk turda ölkənin ən tanınmış komandalarından olan “Aktobe”nin qonağı olub. Bu qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Məmmədovu məyus edən qolları Lısenkov 24-cü və Xayrulin 67-ci dəqiqədə vurub.

Qeyd edək ki, Məmmədovun başçılıq etdiyi məşqçilər korpusunda daha 2 həmyerlimiz – Elxan Abdullayev və Mehman Baxışov da yer alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar