Azərbaycanlı idmançının Olimpiyadada iştirakına icazə verilməyib
06 İyul 2012 Cümə 12:05
Ramil Quliyev London Olimpiadasında Türkiyəni təmsil edə bilməyəcək.
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) azərbaycanlı sprinter Ramil Quliyevin 2012-ci il London Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil etməsinə icazə verməyib. Bu barədə Türkiyə mətbuatı məlumat yaymışdır. “Haber Türk”ün verdiyi məlumata görə, Türkiyə Atletika Federasiyası (TAF) Azərbaycan tərəfindən istədiyi icazəyə rədd cavabı aldıqdan sonra İAAF-a müraciət edib.

Müraciətdə R.Quliyevin 2010-cu ildən Türkiyədə yaşamaq icazəsinin olduğunu xatırladan qardaş ölkə federasiyası 22 yaşlı atletin London Olimpiadasında çıxış etməsinə xüsusi icazə istəyib. İAAF isə İstanbuldakı dünya çempionatı öncəsi Keniya əsilli İlham Özbilən və Polat Arıkan üçün xüsusi icazə verməsinə baxmayaraq, bu dəfə xahişi rədd edib.

Qeyd edək ki, R.Quliyev 100 və 200 metr qaçışda ən sürətli ağdərili sprinterlərindən biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar