Azərbaycanlı idmançılardan möhtəşəm nəticə
08 May 2011 Bazar 17:53
Avarçəkənlərimiz Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kuboku yarışlarında qızıl medal qazanıb
Azərbaycan avarçəkənləri dünya kubokunda 1-ci oldular}

Azərbaycan avarçəkənləri - Maksim Prokopenko və Sergey Bezuqlıy dueti Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kuboku yarışlarında qızıl medal qazanıb. 1000 metr məsafəyə yürüşdə idmançılarımız 3 dəqiqə 49,207 saniyəlik nəticə ilə birinci olub.

Qeyd edək ki, bu məsafə Olimpiya proqramında da yer alır. Prokopenko-Bezuqlıy cütlüyü təkcə bu medalla kifayətlənməyə bilər. Belə ki, həmyerlilərimiz 200 və 500 metr məsafəyə yürüşdə də finala vəsiqə əldə edib. Bundan başqa, 1 nəfərlik kanoe qayığında yarışan Valentin Demyanenko və Andrey Kraytor da finalda yarışacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar