Elbeyaxa Döyüş Federasiyasının yetirmesi 13 yaşlı Kenan Davidov Gürcüstanda keçirilen beynelxalq turnirin qalibi olub.
Azerbaycanlı idmançı ermeni reqimini meğlub edib. ANS PRESS-in bölge müxbirinin verdiyi melumata göre, Qazax rayonundan olan 13 yaşlı Kenan Davidov öten gün Gürcüstanda yeniyetmeler arasında keçirilen beynelxalq turnirde iştirak edib. 45 kq çeki derecesinde Kenanın reqiblerinin her 3-ü ermeni esilli idmançılar olub.
7 kendi işğal altında olan Qazaxın yetirmesi bu fürseti boşa vermeyib. Reqiblerinden birini nakautla, digerlerine ise üstün döyüş nümayiş etdirmekle qelebe qazanıb.
Turnirin qalibi Kenan Davidov qelebenin onun üçün çox böyük ehemiyyet daşıdığını deyib. "Her 3 görüşüm ermeni ile oldu. Onlardan birini nakautla yere serdim. Öten ilde Gürcüstanda ermenini nakautla udmuşdum”.
Kenan ile birlikde bu turnirde Azerbaycan elbeyaxa Döyüş Federasiyasını temsil eden 6 idmançının hamısı mükafatla qayıdıb. Bunlardan 50 kq-da Vüqar Bayramov 2-ci , 55 kiloqramda Vüqar Musayev, İqbal Quliyev, 60 kq-da Rehim ehmedov, 65-kq da ise Kerim ehmedov 3-cü yer ile kifayetlenmeli olublar.
Qeyd edek ki, 18 ildir yaranan Azerbaycan elbeyaxa Döyüş Federasiyası Qazaxda 68 kvadrat metrlik bir sahede yerleşir. Şeraitin olmamasına baxmayaraq, federasiya prezidenti Azer ehmedov çox hevesle telebeler yetişdirdiyini deyir.
Azer ehmedov elece de bildirib ki, hazırda 4 idmançımız konfu üzre Dünya Çempionatına hazırlaşır.