Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
04 Mart 2011 Cümə 16:41
Qədir Hüseynov Tiqran Kotancyanı mat edib
İranın Məşhəd şəhərində şahmat üzrə beynəlxalq “Fəcr” turniri davam edir. ANS PRESS-in İranın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan idmançıları 7-ci turda növbəti qələbələrini qazanıb.
Hesabat turunda Qədir Hüseynov erməni Tiqran Kotancyanı məğlubiyyətə uğradıb. Nicat Məmmədov yerli şahmatçı Mortez Darban üzərində qələbə qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirə 6,5 xal toplamış hollandiyalı Sergey Tivyakov liderlik edir. İdmançılarımız liderdən 0,5 xal geri qalır.
DOSTLARINLA PAYLAŞ: