Azərbaycanlı idmançı erməni hakimin haqsızlığı ilə üzləşdi
29 Aprel 2013 Bazar Ertəsi 10:11
Rüstəm Müslümov 2 xəbərdarlıqdan sonra məğlub edilib.
Azərbaycanlı idmançı erməni hakimin haqsızlığı ilə üzləşib. ANS PRESS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 65 kq çəki dərəcəsində Türkiyənin Antalya şəhərində 22-28.04.13 tarixində keçirilən "Kempo" üzrə 10-cu Dünya çempionatında iştirak edib.
Yarışa dünyanın 50-yə yaxın komandası qatılıb. Yarışda Azərbaycanı təmsil edən Rüstəm Müslümov döyüş zamanı erməni hakimin haqsız 2 xəbərdarlığından sonra məğlub elan edilərək döyüşü tərk edib.
Rüstəm Müslümov daha sonra 3-cülük üzrə keçirilən döyüşlərdə rəqiblərini məğlub edərək bürünc medal qazanıb.
DOSTLARINLA PAYLAŞ: