Azərbaycanlı idmançı dünya çempionu oldu
08 Noyabr 2012 Cümə Axşamı 18:01
Araz Musayev 18-35 yaş kateqoriyasında tay-fan yarışlarında bütün rəqiblərindən üstün olub.
Oktyabrın 30-dan noyabrın 4-dək İtaliyanın Karrara şəhərində U-şu və tayboks idman növləri üzrə dünya çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 4 idmançı ilə təmsil olunub.

91 kq çəki dərəcəsində yarışan Araz Musayev 18-35 yaş kateqoriyasında tay-fan yarışlarında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar