Azərbaycanlı idmançı Dünya çempionatında qızıl medal qazandı
26 Mart 2012 Bazar Ertəsi 14:36
Paralimpiyaçı Olham Zəkiyev Almaniyanın Heydelberq şəhərində fərqlənib.
Almaniyanın Heydelberq şəhərində keçirilən Dünya Kuboku yarışlarında iştirak edən cüdoçularımız 4 çəki dərəcəsində Paralimpiya Oyunları öncəsi qüvvələrini sınayıblar. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 60 kq çəki dərəcəsində Ramin İbrahimov bürünc medala, 90 kq çəki dərəcəsində Zakir Mislimov gümüş medala, komandaməzən kapitanı, ikiqat Paralimpiya çempionu Olham Zəkiyev +100 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: