Azərbaycanlı hakimlərin yeni təyinatları
26 İyul 2010 Bazar Ertəsi 19:55
Azərbaycanlı hakimlər Asim Xudiyev və Murad Məmmədovun iştirak edəcəyi oyunlar açıqlanıb.
UEFA Avropra Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanlı hakimlərin hansı oyunlarda iştirak edəcəyi müəyyənləşib.

Asim Xudiyev iyulun 29-da Belçikanın Brügge şəhərindəki “Jan Breydel” stadionunda keçiriləcək “Serkl Brügge” (Belçika) – “Anortosis” (Kipr) oyununun hakim-inspektoru olacaq.

Hakim Murad Məmmədov isə iyulun 29-da Macarıstanın Gyor şəhərindəki “Gyori Eto” stadionunda keçiriləcək “Gyor” (Macarıstan) – “Monpelye” (Fransa) oyununa hakim-inspektor təyin edilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar