Azərbaycanlı hakimlər briqadası Lüksemburqa yollanacaq
22 İyun 2011 Çərşənbə 18:32
Həmyerlilərimiz "Differdanj" (Lüksemburq) – “Levadiya" (Estoniya) matçını idarə edəcək.
UEFA daha bir hakimimizə dəvət göndərib. Qitə futbol qrumu Vüsal Əliyevi Avropa Liqasının II təsnifat mərhələsinin oyununa təyin edib. FİFA referisi II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində - iyulun 14-də keçiriləcək "Differdanj" (Lüksemburq) – “Levadiya" (Estoniya) matçını idarə edəcək. V.Əliyevin köməkçiləri hələ məlum deyil.

Qeyd edək ki, UEFA Fariz Yusifovu I təsnifat mərhələsinin iyulun 7-də "Kalyu" (Estoniya) - "Honka" (Finlandiya) arasında keçiriləcək cavab oyununu idarə edəcək. Ona Elman Musayev, Azər Əsgərov və Elçin Məmmədov yardımçı olacaq.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar