Azərbaycanlı hakim Ermənistanın oyununu idarə edə bilər
25 Avqust 2009 Çərşənbə Axşamı 13:10
FİFA referesi Venera Muradova Avropa çempionatının ilkin mərhələ oyunlarına təyinat alıb
17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edəcək hakimlərdən biri də, FİFA referesi Venera Muradova olacaq. Avropa çempionatı oktyabrın 23-dən 30-dək Serbiyada keçiriləcək. Çempionatın 10-cu qrupunun oyunlarında ədalət prinsiplərini qoruyacaq hakim Venera Muradova bu qrupda yer alan Ermənistanın da, matçını idarə edə bilər.
DOSTLARINLA PAYLAŞ: