Azərbaycanlı futbolsevərlərə xoş xəbər
18 Avqust 2010 Çərşənbə 23:25
"Borussiya" - "Qarabağ" oyunun canlı yayımda izləmək mümkün olacaq.
"Qarabağ" futbol klubu rəhbərliyinin səyləri nəticəsində sabah "Borussiya"ya qarşı keçiriləcək Avropa Liqasının matçını azərbaycanlı azarkeşlər izləyə biləcək. Oyun Azərbaycan Dövlət Televiziyası və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Bu barədə "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Qol.az-a məlumat verib.

«İdman Azərbaycan» kanalının nümayəndələri oyunun barter yolu ilə yayımlanması üçün qarşılaşmanın Almaniyadakı yayım hüququna malik «Sportfayv» şirkəti ilə danışıqlar aparıb. Lakin «Sportfayv» rəhbərliyi bu təkliflə öncə razılaşmayıb. Günün sonuna yaxın isə tərəflər arasında razılıq əldə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar