Azərbaycanlı futbolçular Türkiyə klubuna qələbə qazandırdı
27 Yanvar 2013 Bazar 18:13
Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor” Türkiyə PTT I liqasında növbəti oyununu keçirib.
Azərbaycan milli komandasının sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor” bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin klubu Türkiyə PTT I liqasının XIX turunda “Qaziantep BB” ilə qarşılaşıblar.
1 tur öncə səfərdə “1461 Trabzon”a 0:3 hesabı ilə uduzan Dənizli təmsilçisi bu dəfə öz meydanda rəqibini məğlub etməkdə çətinlik çəkməyib. “Qaziantep BB” “Dənizlispor”un ilk hissədə vurduğu 2 qola ikinci 45 dəqiqədə cəmi 1 dəqiq zərbə ilə cavab veriblər.
Matçda həmişəki kimi Rail 90 dəqiqə oynayıb. Arif isə meydana 80-cı dəqiqədə çıxıb.
Qeyd edək ki, “Dənizlispor” qazandığı qələbə sayəsində xalını 24-ə çatdırıb və müvəqqəti də olsa 12-ci yerə yüksəlib.
“Dənizlispor” - “Qaziantep BB” - 2:1
DOSTLARINLA PAYLAŞ: