Azərbaycanlı futbolçu legionerləri üstələyərək “qol kralı” oldu
17 May 2010 Bazar Ertəsi 13:35
Fərid Quliyev Unibank Premyer Liqasında 13 qola imza atıb.
Unibank Premyer Liqasında mübarizə yekunlaşıb. Uzun marafonun sonunda Azərbaycan çempionatının ən sərrast oyunçusunun da adına aydınlıq gəlib.

“Standard” və yığma komandanın hücumçusu Fərid Quliyev 13 qolla “qol kralı” seçilib. İkinci yerdə isə 12 qolla “Olimpik-Şüvəlan”ın moldovalı legioneri Anatoli Doroş yer alıb.

Sonrakı yerlərdə isə müvafiq olaraq Adrean Neaqa (Neftçi) 11 qol və Jaba (Bakı) 10 qol yer alır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar