Azərbaycanlı futbolçu Emin Mahmudov Almaniya və Polşa klublarının maraq dairəsinə düşüb
09 Noyabr 2011 Çərşənbə 10:26
Emin Mahmudov “Spartak”dan müvəqqəti olaraq ayrılır.
Moskvanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov icarəyə verilə bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu ən azı 6 ay müddətinə icarə əsasında digər klubda keçirəcək.

“Spartak” rəhbərliyi Emin Mahmudovu oyun praktikasının itirməməsi baxımından başqa kluba icarəyə verməyə hazırlaşdığı bildirilir. Emin Mahmudova maraq göstərən klublar arasında isə “Amkar”, “Terek” və “Volqa” klublarının olduğu bildirilir. Ancaq futbolçunun Polşa və Almaniya klublarından birinə keçmək ehtimalının olduğu da yayılan xəbərlər sırasındadır.

Xatırladaq ki, əvvəllər “Saturn” klubunun şərəfini qoruyan Emin Mahmudov bu mövsüm “Spartak”ın (Moskva) heyətində cəmi 14 qarşılaşmada meydana çıxaraq 1 qola imza atıb. Emin Mahmudov hazırda Rusiyada yaşasa da Azərbaycanın Saatlı rayonunda doğulub. O, 18 və 19 yaşlılardan ibarət Rusiya yığması və gənclərdən ibarət Azərbaycan millisinin heyətinə cəlb edilib. Futbolçunun Azərbaycan və Rusiyanın əsas yığmalarından gələn təklifin hansına üstünlük verəcəyi isə maraqla gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar