Azərbaycanlı futbolçu Araz Abdullayev Fransa çempionatında çıxış edə bilər
20 Noyabr 2011 Bazar 16:25
"Renn" klubunun rəhbərliyi Araz Abdullayevlə maraqlanır.
Bakının “Neftçi” futbol klubunun yetirməsi Araz Abdullayev Fransanın “Renn” klubunun maraq dairəsinə düşüb. Hazırda müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan və icarə əsasında “Neftçi”də oynayan istedadlı yarımmüdafiəçi bununla bağlı fikirlərini açıqlayıb.

“İşçi vizası probleminə görə İngiltərə Premyer Liqasında çıxış edə bilmirəm. Buna görə də, icarə əsasında Avropanın digər klublarına keçməyim mümkündür. Hər iki klubun menecerləri bunun üzərində çalışırlar. Avropanın “Renn” kimi güclü klubunun mənimlə maraqlanmasından məmnunam. Lakin hazırda zədəliyəm, müalicə olunuram. “Renn”in düşərgəsinə yollanmaq istərdim. Amma bu, “Neftçi” və “Everton” rəhbərliyinin razılığından sonra mümkün ola bilər. Hər bir halda “Renn”də oynamağa hazıram”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar