Azərbaycanlı futbolçu Anatoli Ponomaryov Türkiyə klubunda
20 Yanvar 2010 Çərşənbə 17:41
Anatoli Ponomaryov “Orduspor”la müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov Türkiyə Bank Asya I Liqasında çıxış edən “Orduspor” klubu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 1,5 ildir.

Futbolçu “Orduspor”a keçdiyi üçün sevincli olduğunu bildirib. O, yeni klubunda çoxsaylı qollara imza atacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Ponomaryov İsveçin “Kalmar”, “Vasalund” və Ağdamın “Qarabağ” klubunda çıxış edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar