Azərbaycanlı çapar növbəti sınağa çıxıb
05 Avqust 2012 Bazar 16:36
Konkur növündə mübarizə aparan Camal Rəhimov yenə istədiyi kimi çıxış edə bilməyib.
London Olimpiadasında yeganə çaparımız Camal Rəhimov bu gün növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk mərhələni cərimə xalı ilə keçən atçımız II təsnifat mərhələsində özünü yaxşı tərəfdən göstərməyə çalışıb.

Lakin konkur növündə mübarizə aparan Camal yenə istədiyi kimi çıxış edə bilməyib. Belə ki, həmyerlimizin II təsnifat mərhələsindən sonra cərimə xallarının sayı 18-ə çatıb. O, bu dəfə daha 13 cərimə xalı alıb. .

Qeyd edək ki, ilk mərhələdə 5 cərimə xalı və 85,09 saniyə nəticə göstərən həmyerlimiz Kanada, Misir, Çili və Meksika idmançıları ilə birgə 53-57-ci yerləri bölüşdürdü. Növbəti mərhələyə isə 45 ən güclü idmançı yüksələcək. Rəhimovun tutduğu yer yarışın sonunda bilinəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar