"Azərbaycanlı Bolt" Türkiyə vətəndaşı oldu
15 Mart 2011 Çərşənbə Axşamı 16:15
Türkiyə Daxili İşlər Nazirliyi pasport qeydiyyatı şöbəsi Ramil Quliyevin müvafiq sənədlərini təsdiqləyib
Avropanın ən perspektivli gənc sprinterləri sırasında yer alan həmyerlimiz Ramil Quliyev Türkiyə vətəndaşlığını qəbul edib. ANS PRESS-in “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyi pasport qeydiyyatı şöbəsi Ramil Quliyevin Türkiyə vətəndaşı olması üçün bütün sənədləri təsdiqləyib.
İki ildir ki, “Fənərbaxça” klubunda çıxış edən Ramil Quliyev bu il Avropa Salon Çempionatında Azərbaycan adından yarışmaqdan imtina edib.
Xatırladaq ki, Ramil Quliyev 2009-cu ildə Avropa Gənclər Avropa çempionatında 100 metr məsafəyə qaçışda gümüş, 200 metrdə isə qızıl medal qazanıb. 200 metr məsafəni 20,04 saniyəyə qət edən Ramil Quliyev gənclər arasında Useyn Boltdan sonra dünyada ən yaxşı ikinci nəticəni göstərib.
Rusiya tərəfi də Ramil Quliyevi öz sıralarına qatmaq uğrunda mübarizə aparırdı.
DOSTLARINLA PAYLAŞ: