Azərbaycanlı avarçəkən "Böyük Moskva reqatası"nın qalibi oldu
07 İyun 2009 Bazar 15:20
1 nəfərlik qayıqda mübarizə aparan Cavid Əfəndiyev final yürüşündə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb

 

Rusiyanın paytaxtı Moskvada keçirilən akademik avarçəkmə üzrə "Böyük Moskva reqatası"nda bu gün Azərbaycanın daha bir idmançısı uğurla çıxış edib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 1 nəfərlik qayıqda mübarizə aparan Cavid Əfəndiyev final yürüşündə bütün rəqiblərini qabaqlayaraq, qızıl medal qazanıb. 2000 metrlik məsafəyə yürüşün əvvəlindən irəlidə olan Əfəndiyev sonadək üstünlüyünü əldən verməyib. Nəticədə avarçəkənimiz sonda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, 10 ölkənin qatıldığı turnirin ilk günündə Toğrul Qurbanzadə 23 yaşadək avarçəkənlər arasında 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda bürünc medal qazanıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar