Azərbaycanlı atlet Valentin Xristov qızıl medal aldı
10 May 2013 Cümə 13:49
Milli atletimiz Valentin Xristov təkanla qaldırmada 205 kq ağırlığı ram edib.
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi davam edir. Məlumata görə, hesabında üç medal (Valentin Xristov - qızıl, Nicat Rəhimov – gümüş, Firudin Quliyev – bürünc) olan Azərbaycan milli komandasının üzvlərindən sonuncusu Nailxan Nəbiyev 94 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Təəssüf ki, idmançımız medal şansını son anda əldən verib.

Birdən qaldırma hərəkətində atletimiz üçüncü yanaşmasında yalnız 160 kiloqramı ram edib. Bu ağırlıq isə N.Nəbiyevə birdən qaldırmada yalnız 5-ci olmaq imkanı verib. Təkanla qaldırmada 205 kiloqramı ram edən atletimiz bütün rəqiblərini üstələyib. Bu hərəkətdə atletimiz qızıl medala sahib olub.

Toplamda 365 kiloqram (160 kq + 205 kq) nəticə göstərən N.Nəbiyev, eyni nəticəyə – 365 kq (165 kq + 200 kq) nail olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzub. Atletimiz 93, 11 kiloqram olduğu halda, rəqibinin çəkisi 91, 61 kiloqram olub. Beləliklə, atletimiz yarışı dördüncü pillədə başa vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar