Azərbaycanlı atlet Rəhim Məmmədov rekorda imza atıb
23 İyul 2011 Şənbə 20:59
Maneələrlə 110 metr məsafəni 13,74 saniyəyə qət etmiş Rəhim Məmmədov gənclər arasında yeni milli rekord müəyyən edib.
Tallinndə yeniyetmələr arasında yüngül atletika üzrə 21-ci Avropa çempionatı başlanıb. Çempionatda 47 ölkədən 1000-dən çox idmançı iştirak edir.

Bu yarışlarda Azərbaycan komandası iki idmançı ilə təmsil olunub – Rəhim Məmmədov və Murad İbadullayev. Rəhim Məmmədov artıq ən güclü 8 idmançının mübarizə aparacağı finala vəsiqə alıb.

Yeri gəlmişkən, yarışların yarımfinal mərhələsində maneələrlə 110 metr məsafəni 13,74 saniyəyə qət etmiş R.Məmmədov gənclər arasında yeni milli rekord müəyyən edib.

Bu gün Kadriorg stadionunda Azərbaycanın ikinci nümayəndəsi Murad İbadullayev mübarizəyə qoşulacaq. O, üçqat tullanma növündə çıxış edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar