Azərbaycanla matçda tribunları doldurun
01 İyun 2009 Bazar Ertəsi 09:25
"Qrup 38" Azarkeşlər Dərnəyinin prezidenti Həsən Yaldızlı Türkiyə-Azərbaycan matçının Azərbaycana olan sevgini göstərmək üçün çox yaxşı fürsət olduğunu bildirib

Trükiyənin "Qrup 38"  Azarkeşlər Dərnəyinin prezidenti Həsən Yaldızlı iyunun 2-də Kayseri şəhərində keçiriləcək Türkiyə-Azərbaycan milli komandalarının matçında azarkeşlərin tribunları doldurmasını istəyib. Anadolu Agentliyinin müxbirinə açıqlama verən Yaldızlı, bütün kayserililəri "Kadir Has" stadionuna dəvət edib: ''Bu dostluq matçında tribunların dolu olmasını istəyirik. Azərbaycanlı qardaşlarımıza duyduğumuz sevgini göstərmək üçün bu matç çox yaxşı fürsətdir. İki ölkə arasındakı əbədi dostluğun pozulmasına əsla icazə verməməliyik. Hər iki komandanı da matçdan öncə və sonra tribunaya çağırmalıyıq. İdman, sevgi və qardaşlıq centlmenlik deməkdir, bunu əsla unutmamalıyıq.''

Qeyd edək ki, iyunun 2-də Türkiyənin Kayseri şəhərindəki Kadir Has stadionunda keçiriləcək Türkiyə-Azərbaycan matçı Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Qarşılaşma ANS TV vasitəsilə canlı yayımlanacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar