Azərbaycanla Gürcüstan sülhə razılaşdı 
    24 Mart 2013 Bazar 11:55
    21 yaşadək futbolçulardan ibarət komandalar arasında oyun 1:1 hesabı ilə nəticələnib.
    
                	 
    
         21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib. 
ANS PRESS-in məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın qolunu Araz Abdullayev vurub.
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Macarıstanın “Haladas” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
DOSTLARINLA PAYLAŞ: