Azərbaycanın şahmat yığması Rusiya millisini məğlub etdi
08 Noyabr 2011 Çərşənbə Axşamı 23:27
Millimizə qələbəni Pyotr Svidlerdən üstün olan Teymur Rəcəbov gətirib.
Yunanıstanda şahmat üzrə Avropa çempionatının 6-cı turunun qarşılaşmaları keçirilib. Azərbaycan yığması bu günkü turda Rusiya millisi ilə qarşılaşıb və 2,5-1,5 hesabı ilə qalib gəlib.
Millimizə qələbəni Pyotr Svidleri məğlub edən Teymur Rəcəbov gətirib. Vüqar Həşimov Aleksandr Qrişşukla, Şəhriyar Məmmədyarov Sergey Karyakinlə, Qədir Hüseynov isə Yan Nepomnyaşi ilə sülh bağlayıb.
Altı turdan sonra yığmamız Bolqarıstan şahmatçıları ilə 2-3-cü yerləri bölüşür. Çempionatın turnir cədvəlinə Rumıniya liderlik edir.
DOSTLARINLA PAYLAŞ: