Azərbaycanın futbol komandası beynəlxalq mükafat qazanıb
05 Aprel 2010 Bazar Ertəsi 00:15
“Qəbələ” klubu “Gələcək vəd edən komanda” nominasıyası üzrə verilən mükafata layiq görülüb.
Türkiyə Futbol Federasiyasının (TFF) ölkədə futbolu təbliğ etmək məqsədiylə keçirdiyi “Hamı üçün futbol” layihəsi çərçivəsində keçirilən 1-ci Beynəlxalq "Quşadası kuboku" futbol turniri başa çatıb. Turnirin kubokunu “Beşiktaş” komandasını 4-5 hesabla məğlub edən “Chelesa” komandası qazanıb.
Aprelin 1-də başlayan turnirdə 7 ölkədən 64 komanda iştirak edib. Müxtəlif kateqoriyalarda mükafatların verildiyi turnirdə Azərbaycanın “Qəbələ” futbol klubu “Gələcək vəd edən komanda” nominasıyası üzrə verilən mükafata layiq görülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: