Azərbaycanın ən güclü boksçuları
27 Dekabr 2010 Bazar Ertəsi 16:35
Boks üzrə ölkə birinciliyinə yekun vurulub
Bakı İdman Sarayında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, gənclər arasında Dünya birinciliyinin mükafatçıları – Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev daha təcrübəli rəqiblərinə məğlub olub. Uzun illər milli komandamızın lideri olmuş Emil Məhərrəmov Sadiq Eynullayevlə görüşdə hesabda 3:9 geridə olarkən, zədələnib və döyüşü davam etdirə bilməyib.

Final görüşlərinin nəticələri

49 kq
Salman Əlizadə (Sədərək) 5:7 Elvin Məmişzadə (Sumqayıt-Sədərək)

52 kq
Şaban Şahpələngov (Qızıl Əlcək) 4:5 İlkin Ağayev (Rabitə)

56 kq
Rəhim Nəcəfov (Rabitə) 5:3 Elnur Əliyev (Rabitə)

60 kq
Elvin İsayev (Rabitə) 0:2 Heybətulla Hacəliyev (Rabitə)

64 kq
Nurlan Məmmədov (Lənkəran) 3:8 Tamerlan Abdullayev (Rabitə)

69 kq
Emil Məhərrəmov (Rabitə) – Sadiq Eynullayev (Rabitə) Məhərrəmov zədələndiyindən görüşü davam etdirə bilməyib

75 kq
Murad Ağamalıyev (Rabitə-Təhsil) 1:3 Rahib Bəylərov (G.Əsədov-Rabitə)

81 kq
Ramil Əliyev (Neftçi) 0:7 Vətən Hüseynli (Rabitə)

91 kq
Sərxan Cabbarov (Neftçi) 3:7 Teymur Məmmədov (Rabitə)

91 kq+
Elçin İsmayılov (Neftçi) 0:9 Fərid Paşayev (Rabitəçi)

Komanda hesabında Rabitə İdman Cəmiyyətinin boksçuları birinci olub. “Neftçi” İSM 2-ci, “Sədərək” klubu isə 3-cü nəticə göstərib. Turnirin ən yaxşı boksçusu üçün ayrılmış mükafat Teymur Məmmədova təqdim olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar