Azərbaycanın bilyard ustaları güclərini göstərəcəklər
19 Fevral 2010 Cümə 21:50
Sabah qurulmuş piramida üzrə Dünya çempionatına start verilir
Azərbaycanın tanınmış bilyard ustaları Qazaxıstanda keçiriləcək qurulmuş piramida üzrə Dünya çempionatında iştirak edəcəklər. Yarışlar fevralın 20-də Almatı şəhərində başlanacaq.

Azərbaycan yığma komandasının tərkibinə ölkə çempionu Vasif Məmmədov, dəfələrlə Azərbaycan çempionu olmuş Niyazi Xələfov və Avropa-2008-in vitse-çempionu Ceyhun Ağayev daxildi.

Dünya çempionatında Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 60-dan çox bilyard ustası iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar