Azərbaycanın Avropa kuboklarındakı təmsilçiləri məlum oldu
25 May 2011 Çərşənbə 00:45
“Xəzər Lənkəran”ın qələbəsi AZAL-ın yolunu açdı
UEFA Avropa Liqasında ölkəmizi təmsil edəcək üçüncü klub artıq məlumdur. NBC Bank Azərbaycan kubokunun finalında “İnter” klubunu oyunsonrası penaltilərlə 5:3 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”, həmçinin Unibank Premyer Liqasının 3-cüsü “Qarabağ” və 4-cüsü AZAL klubları cari mövsümdə Avropa Liqasında çıxış edəcəklər. Unibank Premyer Liqasının qalibi “Neftçi” klubu isə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar