Azərbaycanın aparıcı idmançıları müayinə olunacaq
02 May 2011 Bazar Ertəsi 14:35
Ukraynalı həkimlər milli yığma komandalarımızın həkimləri üçün məşğələ keçəcək.
Sabah saat 10.00-da “Çıraq Plaza” biznes mərkəzində oynaqdaxili inyeksiya metodikası üzrə təlim-tədris məşğələləri keçiriləcək. Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, təlim-tədris məşğələsi Ukraynanın aparıcı mütəxəssisləri sayılan Ukrayna Dövlət Tibb Universitetinin kafedra müdiri, professor, tibb elmləri doktoru Beryanov Aleksandr Anatolyeviç və tibb elmləri doktoru, travmatoloq Yevseyenkoy Vyaçeslav Qriqoryeviçin iştirakı ilə baş tutacaq.

Məşğələdə ukraynalı həkimlər milli yığma komandaların həkimləri üçün idman tibb aləmində ən çətin prosedurlardan biri sayılan oynaqdaxili inyeksiya metodikası üzrə təlim-tədris keçəcəklər.

Qeyd edək ki, məşğələ prossesində Azərbaycanın aparıcı idmançılarının oynaqlarının müayinəsi və ilkin müalicəsi nəzərdə tutulub. Məşğələlərin nəticəsindən asılı olaraq idman həkimlərinə xüsusi sertifikatlar veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar