Azərbaycanı udsaq Türkiyə ilə oyun əhəmiyyətini itirəcək
10 Dekabr 2010 Cümə 17:45
Almaniya yığmasının baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv maraqlı açıqlama ilə çıxış edib. Ölkəsində jurnalistlərin suallarını cavablandıran Almaniya yığmasının çalışdırıcısı Avstriya, Qazaxıstan və Azərbaycanla oyunlarda qələbənin planlarını cızıb.
“Əgər biz bu üç matçda qələbə qazansaq, onda hesab edirəm ki, qrupdan daha tez çıxmağımızı təmin edə biləcəyik. Belə olan halda Türkiyə ilə İstanbuldakı qarşılaşma əvvəlki əhəmiyyətini itirmiş olacaq”, - deyə Löv bildirib.
Qeyd edək ki, Almaniya yığması millimizlə gələn il iyunun 7-də qarşılaşacaq. Bu komandalar arasında Almaniyadakı görüşü meydan sahibləri 6:1 hesablı qələbəylə başa vurmuşdu.
DOSTLARINLA PAYLAŞ: