Braziliyada uşaqlar arasında keçiriləcək beynəlxalq “Danon kuboku” turnirində Azərbaycanı təmsil edəcək komanda məlum olub. Azərtac-ın xəbərinə görə, ölkəmizi bu yarışda “Danon kuboku” turnirinin respublika üzrə seçmə mərhələsinin qalibi olmuş Bakının “İnter” klubunun 1997-98-ci il təvvəllüdlü futbolçulardan ibarət komandası təmsil edəcək.
Paytaxt təmsilçisi, final qarşılaşmasında İmişlinin “MKT – Araz” klubunu məğlub edib. “Şəfa” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qapılara təyin olunmuş 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən “İnter” futbolçuları 8:7 hesabı ilə qalib gələrək, Braziliyada keçiriləcək “Danon kuboku” turnirində Azərbaycanı təmsil etmək hüququ əldə edib. /ANS PRESS/