Azərbaycandakı diplomatların futbol mərci
11 İyun 2010 Cümə 22:35
Kerolayn Braun: “Futbolu 22 nəfər oynayır, amma qələbəni həmişə İngiltərə qazanır”.
Bu gün futbol üzrə sayca 19-cu Dünya çempionatına start verildi. Azərbaycanda intizarla gözlənilən mundial siyasətçiləri mərc etməyə sövq edib. Amerika Birləşmiş Ştatları və İngiltərə millilərinin oyunu isə bu ölkələrin ölkəmizdəki səfirlərini daha çox maraqlandirir.

Azərbaycanda isə İngiltərə səfiri Kerolayn Braun və Amerika Birləşmiş Ştatları səfirliyinin müvəqqəti işlər üzrə vəkili Donald Lu bir araya gələrək mərc ediblər. Özü də Azərbaycan dilində. Məsələ burasındadır ki, sabah Dünya çempionatının qrup mərhələsi çərçivəsində Böyük Britaniya yığması Amerika Birləşmiş Ştatlarının seçməsi ilə qarşılaşacaq. Elə xanım Braun da təbii olaraq İngiltərə yığmasının qələbə qazanacağını iddia etdi. “Futbolu 22 nəfər oynayır, amma qələbəni həmişə İngiltərə qazanır”,-deyə xanım səfir bildirib.

Qarşı tərəf - Amerika səfirliyinin müvəqqəti işlər üzrə vəkili Donald Ru isə əks fikirdədir: “Sabah çox maraqlı bir savaş olacaq, amma mən idman savaşını nəzərdə tuturam. İnanıram ki aramızdakı mərci mən qazanacam”

Qeyd edək ki, İngiltərə millisi qələbə qazanacağı təqdirdə xanım Braunun Donald Lunun gətirdiyi “Sem dayı” papağına sahib çıxacaq. Birləşmiş ştatlar komandasının uğuru isə Donald Luya ingilis fanatlarının parikini qazandıracaq. Bu mərcdə kimin qalib gələcəyini isə sabah baş tutacaq Amerika Birləşmiş Ştatları - İngiltərə oyunundan sonra bilinəcək. Dəqiq olan odur ki, kimsə ya papağından, ya da süni saçlarından olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar